Rubio: ABŞ-ın yardımı olmasaydı, Ukrayna bu gün mövcud olmazdı

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun göstərdiyi dəstək olmasaydı, Ukraynanın suveren dövlət kimi mövcud olmayacağını bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Əgər ABŞ-ın, eləcə də Tramp administrasiyası dövründə göstərdiyi yardım olmasaydı, Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – Rubio deyib.

ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Co Bayden administrasiyasından başlayaraq hazırkı Tramp administrasiyası dövrünədək Ukraynaya milyardlarla dollar yardım ayırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir