Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin “X” hesabında paylaşılıb.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqləyiblər.
Azinformasiya.az