Ermənistan Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın həmsədri Mqer Qriqoryan ABŞ-nin bu ölkədəki səfiri Kristina Kuinlə görüşüb.
Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, danışıqlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.
Qeyd edək ki, axşam saatlarında Qriqoryanın Tavuşa səfər edərək yerli sakinlərlə görüşəcəyi bildirilir.
Azinformasiya.az