Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır

Rusiya tərəfi Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə döyüş əməliyyatlarında müvəqqəti fasilənin deyil, daimi sülhün tərəfdarı olduğunu bəyan edib.

“Putin və Rusiya tərəfi həmişə bildiriblər ki, biz möhkəm sülhün, əbədi sülhün tərəfdarıyıq, mahiyyət etibarilə heç nə verməyəcək atəşkəsin deyil”, – Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir