ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib.
O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib.
“Hazırda belə bir görüşün planlaşdırıldığını düşünmürəm, ancaq əlbəttə ki, belə bir görüşün keçirilməsinə açığıq”, – Rubio vurğulayıb.
Azinformasiya.az