Pakistanda son sutka ərzində leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 9 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, şimal-qərbdə yerləşən Hayber-Paxtunxva əyalətində 6 nəfər, ölkənin şimalındakı Azad Cammu və Kəşmir bölgəsində isə daha 3 nəfər həyatını itirib.
Məlumata görə, sel suları nəticəsində 28 yaşayış evi də dağılıb.
Azinformasiya.az