Overçuk İrəvanda Paşinyanla görüşüb

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

İrəvanda keçirilən görüşdə Paşinyanın müavini Mqer Qriqoryan da iştirak edib.

Tərəflər Rusiya Federasiyası və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ikitərəfli münasibətləri və Avrasiya İqtisadi Birliyi formatında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması imkanları da müzakirə olunub.

Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti “Sülh kəsişməsi” layihəsini təqdim edib və suverenlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat infrastrukturunu açmağa hazırdır.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası bu gün İrəvanda keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir