BQXK-nın Prezidenti Fələstinə gedib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Fələstinə səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə BQXK-nin Prezidenti “X” hesabında yazıb.

O bildirib ki, İordan çayının qərb sahilində Fələstin Səhiyyə Nazirliyi və Fələstin Qırmızı Xaç Cəmiyyətinin rəhbərliyi ilə görüşəcək.

“Bundan başqa, mən Məhbuslarla İş üzrə Komitə ilə görüşəcəm”, o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir