Netanyahu: “Flydubai”nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

“Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib.

 

Azinformasiya.az “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

“Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsinə daxil olub və heyət üzvlərindən biri ilə birgə bıçaqla ətrafdakıları təhdid edən pilotu zərərsizləşdirib”, – Netanyahu bildirib.

İsrailin Baş naziri həmin pilotun təyyarənin sistemlərini sıradan çıxarmaq niyyətində olduğunu qeyd edib.

“İndi bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. Bıçaqla təhdid edən pilot həbs olunub və hazırda Səudiyyə Ərəbistanı aidiyyəti orqanları tərəfindən sorğu-sual edilir”, – İsrail baş naziri əlavə edib.

O, araşdırmaların davam etdiyini və yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılacağını vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Dubaydan Təl-Əvivə uçan təyyarədə insident yaşanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir