İsrailin müdafiə naziri: “Flydubai” təyyarəsindəki insident terror aktı cəhdi olub

“Flydubai” təyyarəsində baş verən insident qarşısı alınmış terror aktı cəhdi idi.

 

Azinformasiya.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“Flydubai” təyyarəsində baş verən ağır insident terror aktı cəhdi olub. Bunun qarşısı yalnız bir neçə israilli sərnişinin cəsarəti sayəsində alınıb. Onlar kabinəyə daxil olaraq terrorçunu zərərsizləşdirib və öz əlləri ilə təyyarəyə nəzarəti orada olan digər uçuş heyətinə qaytarıblar”, – Katz bildirib.

Dubay–Təl-Əviv reysinin ikinci pilotunun kapitana bıçaqla xəsarət yetirdiyi və təyyarəni qəzaya uğratmağa cəhd etdiyi bildirilir. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına məcburi eniş edib.

“Əlimizdə olan ilkin məlumata əsasən, terrorçunun bir məqsədi olub: təyyarəni bütün sərnişinlərlə birlikdə qəzaya uğratmaq”, – müdafiə naziri əlavə edib.

İsrail mediasının məlumatına əsasən, hadisənin araşdırılmasına “Mossad”, Şin Bet, İsrail Müdafiə Qüvvələri və Nəqliyyat Nazirliyi də cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir