Müdafiə Nazirliyi: Düşmənin alay komandirinin müavini məhv edilib

Düşmənin 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb.

Bu barədə “AZİNFORMASİYA.AZ”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir