Azərbaycanın dövlət rəsmiləri Gəncəyə səfər ediblər

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər ediblər.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, dövlət rəsmiləri bu gecə saat 02:00-da Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olublar.

Eyni zamanda K.Əliyev hadisə və erməni terroru barədə mətbuat nümayəndələrinə açıqlamalar veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir