MN: Ukrayna SQ əks-hücum əməliyyatları həyata keçirir

Ukrayna Silahlı Qüvvələri cəbhədə əks-hücum əməliyyatları aparır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölkə televiziyasının efirində telemarafon zamanı söyləyib.

Malyar, həmçinin qeyd edib ki, əks hücumla yanaşı Baxmut şəhərinin müdafiəsi də davam etdirilir və Ukrayna ordusu komandanlığının ölkə ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bir neçə planı var.

“Ukrayna ordusu əks-hücuma hazırlıq zamanı texnika, canlı qüvvə ehtiyatlarını formalaşdırmalı və bir neçə hərəkət variantını hesablamalıdır. Hazırda kompleks tədbirlər həyata keçirilir.

Komandanlığın artıq bir neçə hücum planı var, onlardan biri qısa müddətdə və elə seçiləcək ki, düşmənin hazırlaşmağa vaxtı olmasın”, – deyə nazir müavini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir