Moldovada Aİ-nin Mülki Missiyası yaradılacaq

Avropa İttifaqının səfirləri Moldovada Aİ-nin Mülki Missiyasının yaradılması ilə bağlı razılığa gəliblər.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda “Azadlıq Radiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozviak “Twitter”də bildirib.

O, aprelin 24-də Avropa İttifaqının xarici işlər nazirlərinin bu qərarı təsdiqləyəcəklərini qeyd edib.

Qeyd edək ki, Missiyanın yaradılmasının məqsədi Moldovaya Rusiyanın bu ölkə üçün yaratdığı təhdidlərin öhdəsindən gəlmək üçün kömək etməkdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir