Mingəçevirdə 10 yaşlı uşaq zəhərlənmədən ölüb

Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında baş verib. Mingəçevir sakini olan 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.

Azyaşlının sonuncu dəfə dərman vurulmuş ağacdan yediyi alçadan zəhərləndiyi ehtimal olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir