Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna dövlət başçısı Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın Rusiya infrastrukturuna hücum etməmək xahişini qəbul etməsi halında Rusiyanın Ukrayna enerji infrastrukturuna hücumları dayandırıb-dayandırmayacağına dair suala cavab verməkdən imtina edib.
Azinformasiya.az xəbər verir ki, Peskovun sözlərinə əsasən, Ukrayna tərəfinin dinc iqtisadi infrastruktura hücumlarını dayandırmaq üçün hər hansı bir çağırışı yalnız alqışlamaq olar.
Ancaq Kremlin sözçüsü jurnalistlərin Kiyev Trampın xahişini qəbul edərsə, Rusiyanın Ukraynanın infrastrukturuna hücum etməkdən çəkinməyə hazır olub-olmayacağına dair sualına cavab verməkdən imtina edib.
Qeyd edək ki, sentyabrın 13-də Donald Tramp Volodomir Zelenskini Rusiyada dizel yanacağı istehsalına hücumu dayandırmağa çağırıb.
Azinformasiya.az