Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampla danışmağa hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Moskvanın ABŞ-dən siqnallar gözlədiyini deyib.
“Putin hazırdır, siqnalları gözləyirik. Hər şey hazırdır. Ona görə də burada kofedə fala baxmaq çətindir. Nə isə baş verən kimi, bir şey olarsa, sizə məlumat verəcəyik”, – Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az