Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

[color=#000000][b]”Gürcüstan regionda münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi üçün mümkün olan bütün addımları atır”.[/b][/color]

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalında təşkil olunmuş debatda deyib.

Onun sözlərinə əsasən, bu gün Gürcüstanın bölgə ölkələri ilə həm siyasi, həm də iqtisadi baxımdan həqiqətən də misli görünməmiş sıx əlaqələri var.

“Bu ölkələr Azərbaycan, Ermənistan, Türkiyədir. Biz həmçinin Mərkəzi Asiya ölkələri ilə də münasibətləri dərinləşdiririrk. Çinlə strateji tərəfdaşlığımız var və bu, iqtisadi nöqteyi-nəzərdən də vacibdir”, – Kobaxidze vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir