Ağcabədi rayonunda 60 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb.
Azinformasiya.az xəbər verir ki, rayon sakini, 1966-cı il təvəllüdlü Sərxan Şirinov kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Azinformasiya.az