Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin ocağı 59,3 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Kamçatka diyarının inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərindən 334 kilometr məsafədə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir