Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub

Beyləqan rayonunda su kanalında boğulan yeniyetmənin meyiti tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən, Gödəklər kənd sakini, 30 avqust 2011-ci il təvəllüdlü Əmrahov Murad Ramil oğlu çimərkən su kanalında boğulub.

Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir