İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb

İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məıumat yayıb.

Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənə kimi müzakirələrə qatılmayacaq.

Xarici mətbuatın yazdığına əsasən, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, TSAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.

Həmçinin xatırladaq ki, tərəflər HAMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.

Bundan başqa, Vaşinqton indiyə kimi onların çox az hissəsinin həyatda olduğunun ehtimal edildiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir