İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi Pəncə Kilit bölgəsində 3, Fərat Qalxanı bölgəsində isə 1 terrorçunun zərərsizləşdirildiyini bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiyi bildirilib.

Açıqlamada aşağıdakı məlumatlar yer alıb:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Pəncə Kilit bölgəsində 3 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində aşkar etdikləri 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir