İranın aviazərbələri nəticəsində İsraildə iki hərbi baza işini dayandırıb

İranın İsrailə endirdiyi raket zərbələri iki hərbi aviabazanın işini dayandırıb.

 

Azinformasiya.az “ABC News”a istinadən xəbər verir ki, sözügedən obyektlərə ümumilikdə doqquz ədəd raket atılıb.

Nəticədə “Nevatim” aviabazasındakı təyyarələrdən biri, uçuş-enmə zolağı, habelə anbar sıradan çıxarılıb. Raketlərin bir qismi isə “Nehev” bazasına düşüb.

Hadisə zamanı hərbi obyektə ciddi ziyan dəymədiyi bildirilsə də, onların fəaliyyəti müvəqqəti dayandırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir