İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır.
Azinformasiya.az xəbər verir ki, bunu iranlı rəsmilər “Reuters“ə açıqlamada deyiblər.
Onların sözlərinə əsasən, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir.
“İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibənin bitməsi üçün ABŞ-la razılaşmağa hazırlaşmır”,- anonim rəsmi qeyd edib.
“Tehran ABŞ-dakı aralıq seçkilərini qeyri-qanuni addım atmadan təsir göstərir”,- digər mənbə bildirib.
Azinformasiya.az