Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq əsnasında regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.
Həmçinin Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.
Azinformasiya.az