Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Gəncədə yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir