Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana yeni təyin olunmuş səfir Giorgi Zakaraşvilini qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Prezident sarayında baş tutmuş görüşdə tərəflər Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın önəmini, eyni zamanda ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspketivlərini müzakirə ediblər.

Xüsusi diqqət Gürcüstan və Azərbaycan arasında uzunmüddətli dostluq münasibətlərinə, o cümlədən hər iki ölkənin regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqindəki roluna yönəldilib.

Mixeil Kavelaşvili Giorgi Zakaraşvilini diplomatik missiyasına başlaması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir