Erməni ağırlıqqaldırana dopinqə görə 4 il cəza verildi

Rusiya Ağır Atletika Federasiyası ağırlıqqaldıran Eduard Ananyanı antidopinq qaydalarını pozduğu üçün 4 il müddətinə diskvalifikasiya edib.

AZİNFORMASİYA.AZ xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin saytı məlumat yayıb. 25 yaşlı ağırlıqqaldıranın cəzası 2020-ci il mayın 19-dan hesablanmağa başlayıb.

Qeyd edək ki, Eduard Ananyan 62 kq çəkidə yeniyetmələr arasında dünya üçüncüsü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir