Əraqçi: ABŞ “təzyiqin işə yaramadığını” başa düşərsə, diplomatiyaya qayıtmaq mümkündür

ABŞ-la diplomatiyaya qayıtmaq mümkündür.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.

O bildirib ki, diplomatiyaya qayıtmaq mümkünsüz deyil. Belə ki, bu, ABŞ-ın İrana qarşı “təzyiqin işə yaramadığı” faktını başa düşməsindən asılıdır.

“ABŞ etimad quruculuğu işləri görməli, bizimlə hörmətlə danışmalı, haqlarımızı tanımalı və öhdəliklərini yerinə yetirməlidir”, – Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir