Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az