Britaniya Baş naziri: “Brexit”lə bağlı vədlər puç olub

“Brexit” Böyük Britaniyanı daha kasıb etdi.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

O, “Brexit”in nəticələrini və “Brexit” səsverməsinin əsas simalarından biri kimi tanınan britaniyalı siyasətçi Naycel Farajın rolunu sərt tənqid edib.

Onun sözlərinə əsasən, verilən vədlər puç olub.

“Naycel Faraj deyirdi ki, “Brexit” bizi daha varlı edəcək. Yanlışdır, bu, bizi daha kasıb etdi”, – Baş nazir qeyd edib.

O vurğulayıb ki, miqrasiya və təhlükəsizliklə bağlı vədlər də reallaşmayıb, miqrasiya kəskin artıb, təhlükəsizlik daha da zəifləyib.

Starmer Farajı ölkəni yanlış istiqamətə aparmaqda ittiham edib.

“O, Britaniyanı aldadıb. Nəticələrlə üzləşmək məcburiyyətində qalan Mühafizəkarlardan fərqli olaraq, sadəcə səhnədən qaçdı”, – Starmer vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir