Ceyhun Bayramov Antalyada Portuqaliya XİN rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Bundan başqa, Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları da nəzərdən keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir