Azərbaycan XİN: Başlıbel faciəsi kimi bəşəriyyətə qarşı ağır cinayətlər heç vaxt unudulmamalıdır

“33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edildikdən sonra amansızlıqla qətlə yetirilib. Daha 14 nəfər isə girov götürülüb”.

 

Azinformasiya.az  xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında bildirilib.

“Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi idi.

Bu cür bəşəriyyətə qarşı ağır cinayətlər heç vaxt unudulmamalıdır.

Başlıbel qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edirik”, – qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir