BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Fətəliyev Məmməd Böyükxan oğlu vəfat edib.

Azinformasiya.Az xəbər verir ki, Məmməd Fətəliyev 82 yaşında dünyasını dəyişib.

Məmməd Fətəliyev 1961-1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. O, 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir