AzTV Mehin Hümbətovaya maaş verməyib?

AzTV ilə yollarını ayıran aparıcı-müğənni Mehin Hümbətova sosial şəbəkədə kanaldan ayrılma səbəbini açıqlayıb.  

Azinformasiya.Az xəbər verir ki, “1AzTV” proqramının yeni sezonunda yer almayan aparıcı öz istəyi ilə telekanaldan getdiyini bildirib.

O, kanalın sözügedən proqramın heyətinə maaş vermədiyinə eyham vurub:

“Verilişin yayımı davam edəcək. Sadəcə, bizim kollektiv, bütün heyət işdən çıxıb. Mən də onları yarıyolda qoymamaq üçün ərizəmi yazıb işdən ayrıldım. Düşünürəm ki, proqramın uğuru o kollektivin üzərində idi. Növbəti, pulsuz çalışacaq komandaya uğurlar arzu edirəm”.

“Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva ilə əlaqə saxlayıb. 

Kanal rəsmisi bildirib ki, AzTV və Hümbətova arasında maliyyə problemi yoxdur:

“Mehin Hümbətova ərizəsini yazaraq işdən ayrılıb. Yəqin ki, onu hansısa məsələlər qane etməyib. Biz ona borclu qalmamışıq. Ödənilməmiş maliyyə məsələləri yoxdur. Bundan sonrakı danışıqlarda razılığa gəlməyiblər”.

Qeyd edək ki, “1AzTV”nin növbəti sezonda aparıcısı Şəhriyar Əbilov olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir