Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin “X” hesabında paylaşılıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqləyiblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir