Biləsuvar rayonunda şadlıq sarayında bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarından birində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev şadlıq sarayında bıçaqlanıb.
Kürək nahiyəsindən bıçaq xəsarətləri alan E. Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az