Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb

Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmayıb.

 

Azinformasiya.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.

Onun sözlərinə əsasən, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar.

Baş nazir faktı qeydə almağın bir, onu yerində həll etməyin isə başqa bir məsələ olduğunu bildirib.

“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Lakin kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”, – Paşinyan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir