Belarus Prezidenti Aleksandr Lukaşenko qoşunlarda hazırlığın yoxlanılmasını davam etdirmək planlarını təsdiqləyib.
Azinformasiya.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Mən artıq xalq dilində demişəm: ordunu silkələmək lazımdır, vaxt gəlib. Bütün ordunu. Səfərbərliyə qədər hamını yoxlayacağıq”, – Lukaşenko deyib.
Aleksandr Lukaşenko hazırda artilleriya briqadasının onun tapşırığı ilə yoxlanıldığını vurğulayıb.
O, bundan əvvəl tank bölmələrinin yoxlanıldığını xatırladıb.
“Müharibədə olduğu kimi hər şeyi edirik”, – deyən Belarus Prezidenti bu cür yoxlamalarda müasir hərbi münaqişələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.
Azinformasiya.az