Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir