Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur

“Robert Köçəryan, Qaqik Tsarukyan və Serj Sarkisyan hər ayın 1-də yoxlamalıdırlar ki, onlar pensiya alıblar, ya yox. Bu, siyasi vəzifədir. Niyə? Çünki onlar öz təqaüdləri və qanuni gəlirləri ilə yaşamalıdırlar”.

 

Azinformasiya.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbs edilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qanunsuz yolla əldə edilən hər şey qəpiyinə qədər Ermənistan Respublikasına və onun xalqına qaytarılmalıdır.

“Başqa seçim yoxdur”, – Paşinyan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir