Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, Nazim İsayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən Mahmud Kərimovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-na yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü hadisədən bir gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az