Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü İman Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az