Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az