Beyləqan rayonunda su kanalında boğulan yeniyetmənin meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, Gödəklər kənd sakini, 30 avqust 2011-ci il təvəllüdlü Əmrahov Murad Ramil oğlu çimərkən su kanalında boğulub.
Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az