Prezident Belçika Kralını təbrik edib

Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir