Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb

Pakistanda son sutka ərzində leysan yağışları və onların yaratdığı fəsadlar nəticəsində azı 9 nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, şimal-qərbdə yerləşən Hayber-Paxtunxva əyalətində 6 nəfər, ölkənin şimalındakı Azad Cammu və Kəşmir bölgəsində isə daha 3 nəfər həyatını itirib.

Məlumata görə, sel suları nəticəsində 28 yaşayış evi də dağılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir