Türkiyə ABŞ-İran danışıqlarında müsbət mərhələni məmnunluqla qarşılayır.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında deyi
O, ABŞ-la İran arasında aparılan danışıqların mühüm tərkib hissələrindən biri hesab edilən Livanda İsrail hərbi əməliyyatlarının dayandırılmasının da həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Livan livanlılarındır. Fələstin fələstinlilərindir. Bu ölkələr üzərində İsrailin heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq”.
Numan Kurtulmuş Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və bu prosesin davamlı sülhlə nəticələnəcəyinə ümid etdiyini deyib.
Azinformasiya.az