Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində baş verib.
Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az